Türkiyənin keçmiş baş naziri vəfat etdi

Türkiyənin keçmiş baş naziri Yıldırım Akbulud dünyasını dəyişib.

ONN media  xəbər verir ki, sabiq nazir bu gün müalicə aldığı Ankara xəstəxanasında 86 yaşında vəfat edib.

Qeyd edək ki, Y.Akbulud 1984-1987-ci illərdə Turqut Özal hökumətində daxili işlər naziri olub. O, 1987-1989 və 1999-2000-ci illərdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri olub.