ONN İnformasiya Agentliyi

Türkiyə daha bir hücum edərsə tək qalacaq- Özdəmir

Türkiyə daha bir hücum edərsə tək qalacaq- Özdəmir
19 Fevral 2020 - 9:17

İdlib böhranı ilə bağlı yeni barışıq martın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında əldə edilə bilər.

ONN media xəbər verir ki, bunu Energetika Bazarları Siyasəti İnstitutunun direktoru Volkan Özdəmir bildirib.

“Türkiyə Suriyada daha bir hərbi hücuma cəhd edərsə, Qərb düşərgəsindən kömək gəlməyəcək. Bu məsələ Türkiyə ilə Rusiyanın əlaqələrini dondurmaq və ölkəni təkrar Qərbin düşərgəsinə çəkmək olar. İdlibdə sıxışıb qalmaq Türkiyəyə Liviyadan daha baha başa gələ bilər”, – Özdəmir söyləyib.

İdlib məsələsinin Şərqi Aralıq dənizi ilə əlaqəli olduğuna diqqət çəkən Özdəmir Türkiyənin vaxtilə rus hərbi təyyarəsini vurmasından sonra da tək qaldığını vurğulayıb.

Özdəmir bildirib ki, liderlərin görüşündə İdlib böhranı həllini tapa bilər.

Qeyd edək ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu açıqlamasında rusiyalı həmkarları ilə İdlib görüşünün nəticə verməyəcəyi təqdirdə hər iki ölkə prezidentinin görüşə biləcəyi mesajını verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png