ONN İnformasiya Agentliyi

Türkiyə NATO-dan çıxarıla bilər?

Türkiyə NATO-dan çıxarıla bilər?
25 Yanvar 2023 - 18:43

Bir sıra Avropa ölkələrinin NATO-ya münasibəti çox vaxt o qədər qeyri-ciddi olur ki, bunu “pub”da gəzinti ilə müqayisə etmək olar”.

ONN media xəbər verir ki, bu barədə Türkiyənin Maltəpə Universitetinin professoru Həsən Ünal Lente.ru-ya bildirib.

Onun sözlərinə görə, ikinci böyük orduya malik NATO-nun əsas və güclü üzvü olan Türkiyənin itirilməsi alyansın maraqlarına qətiyyən uyğun gəlmir.

“Bəzi avropalılar NATO-nu nahardan sonra söhbət etmək üçün getdiyiniz bir “pub” kimi düşünürlər. Bir neçə bakal içkidən sonra alyansda bunun mexanizmi olmasa da, məsələn, Türkiyəni NATO-dan sıxışdırıb çıxarmaq barədə boş-boş danışırlar”, – Ünal deyib.

Onun sözlərinə görə, Ukraynadakı döyüşlərin müsbət nəticəsi o oldu ki, Avropa ölkələri hərbi ittifaqın vacibliyini anladılar və “bütün bu cəfəngiyyatları unutdular”.

Daha əvvəl Türkiyənin “Vətən” partiyasının sədr müavini Ethem Sancak bəyan etmişdi ki, Türkiyə Ankaraya qarşı təxribat xarakterli hərəkətlərə görə altı ay ərzində NATO-dan çıxa bilər. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) isə bu məlumatı təkzib edib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png