ONN İnformasiya Agentliyi

Türkiyə ordusu daha 9 terrorçunu MƏHV ETDİ

Türkiyə ordusu daha 9 terrorçunu MƏHV ETDİ
19 Aprel 2021 - 20:56

İraqın şimalındakı Metina bölgəsində PKK üzvü olan 9 terrorçu hava əməliyyatı ilə məhv edilib.

ONN media  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşım eilib.

“Terrorçuların yuvalarını məhv etməyə davam edirik. İraqın şimalındakı Metina bölgəsində kəşfiyyat və izləmə vasitələri ilə aşkarlanan 9 PKK terrorçusu Hərbi Hava Qüvvələrimizin uğurlu hava əməliyyatı nəticəsində zərərsizləşdirildi. Əməliyyatlarımız qətiyyətlə davam edəcək” – paylaşımda deyilir.

Qeyd edək ki, Bitlisin Tatvan qəsəbəsində separatçı terror təşkilatı PKK/KCK-ya qarşı həyata keçirilən əməliyyat zamanı quldurlara aid 500 qram TNT qəlibi və müxtəlif material ələ keçirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png