ONN İnformasiya Agentliyi

Türkiyə ordusu Suriyada atəşə tutuldu

Türkiyə ordusu Suriyada atəşə tutuldu
19 Avqust 2019 - 15:20

Suriyanın İdlib əyalətində Türkiyə ordusunun zirehli texnikasından ibarət konvoy atəşə tutulub.

ONN media xəbər verir ki, konvoy bir postdan digərinə hərəkət edərkən hücuma məruz qalıb.

Qeyd olunur ki, itkilərin qeydə alınmaması üçün konvoy hərəkəti dayandırıb.

Atəşin Suriya ordusu tərəfindən açıldığı deyilir. Türkiyə ordu rəhbərliyi bölgəyə dronlar göndərib.

Qeyd edək ki, bu gün Türkiyə ordusu Suriya sərhədini keçərək Xan-Şeyhun şəhərinə tərəf hərəkətə başlamışdı.
ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png