ONN İnformasiya Agentliyi

Türkiyə ordusu yeni hərbi əməliyyatlara başladı – SON DƏQİQƏ

Türkiyə ordusu yeni hərbi əməliyyatlara başladı – SON DƏQİQƏ
18 Sentyabr 2020 - 11:45

Türkiyə Silahlı Qüvvələri yeni anti-terror əməliyyatlarına start verib.

ONN media  xəbər verir ki,  İŞİD, YPG və PKK kimi terror ünsürlərinə qarşı Bitlisdəki “İldırım-12 Beşqaynaq” əməliyyatlarına 747 hərbçi qatılıb.

Daxili İşlər Nazirliyindən verilən açıqlamada terrorçuların düşərgələrinin, çox sayda hərbi sursatın məhv edildiyi bildirilib.

Nəhəng əməliyyatda Jandarm, Jandarm Xüsusi Hərəkatı, Xüsusi Polis Hərəkatı və Təhlükəsizlik Qüvvələrinin ünsürləri iştirak edir.

Qeyd edək ki, 13 iyul tarixindən başladılan “İldırım” əməliyyatları çərçivəsində bu günədək 71 terrorçu zərərsizləşdirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png