ONN İnformasiya Agentliyi

Türkiyə Pakistana yenidən yardım göndərdi

Türkiyə Pakistana yenidən yardım göndərdi
23 Sentyabr 2022 - 12:51

Türkiyə Pakistanda sel fəlakətindən əziyyət çəkənlərə növbəti humanitar yardım göndərib.

ONN media xəbər verir ki, Pakistanın müxtəlif bölgələrində fəaliyyətini davam etdirən Türkiyənin Qızıl Aypara Cəmiyyəti Kuetta şəhərinin Daşt bölgəsində ehtiyacı olanlara ərzaq bağlamaları paylayıb.

Cəmiyyətin Beynəlxalq Nümayəndəliyi və Əməliyyatlar Müdiri Anıl Kocabal iyul ayından bəri davam edən leysan yağışların səbəb olduğu daşqınların zərər verdiyi ölkəyə yüzlərlə çadır, 1500-dən çox ərzaq bağlaması və çoxlu qeyri-ərzaq yardımı payladıqlarını bildirib.

Sel qurbanlarının təhlükəsiz su ilə təmin edilməsinin vacibliyinə diqqət çəkən Kocabal bu çərçivədə 5 min ailəyə su təmizləmə sistemi paylayacaqlarını vurğulayıb.

Seldən sonra epidemiyaların artdığını dilə gətirən Kocabal 3 bölgədə 30 min nəfərə xidmət göstərəcək səyyar tibb mərkəzləri üçün hazırlıqların davam etdiyini dilə gətirib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png