ONN İnformasiya Agentliyi

Türkiyə prezidentinin sözçüsü ABŞ-ın YPG-yə dəstək planını pisləyib

Türkiyə prezidentinin sözçüsü ABŞ-ın YPG-yə dəstək planını pisləyib
14 Yanvar 2018 - 21:40

Türkiyənin Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ-ın Suriyanın nəzarət etdiyi ərazisində "sərhəd təhlükəsizliyi qüvvəsi" yaratmaq planını pisləyib.

ONN media xəbər verir ki, O, Suriyanın ABŞ-ın nəzarət altında olan ərazisində Vaşinqtonun "sərhəd təhlükəsizliyi qüvvəsi" adlandırılan planının qəbuledilməz olduğunu bildirib.

"ABŞ terror təşkilatını qanuniləşdirən tədbir görür, Bu, narahatlığa səbəb olur və qəbuledilməzdir", – deyə o bildirib.

Kalın vurğulayıb ki, Türkiyə ölkənin daxilində, eləcə də onun hüdudları xaricində terrorizmlə istənilən mübarizə hüququnu özündə saxlayır.

"Türkiyə öz təhlükəsizliyinin təminatı üçün bütün tədbirləri görəcək", – deyə o qeyd edib.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png