ONN İnformasiya Agentliyi

Türkiyə Suriyada yenidən əməliyyatlara başlayır?

Türkiyə Suriyada yenidən əməliyyatlara başlayır?
19 Noyabr 2019 - 9:19


ABŞ və Rusiya Suriyanın şimalı ilə bağlı razılaşmanın tələblərini hələ tam şəkildə yerinə yetirməyib.

ONN media Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Parlamentinin Planlaşdırma və Büdcə Komitəsinin iclasında çıxışı zamanı deyib.

Türkiyənin xarici işlər naziri Ankaranın terror təşkilatı YPG / PKK yaraqlılarının Suriyanın şimalından tamamilə çıxarılmasında qətiyyətli olduğunu vurğulayıb. Nazir ərazinin terrorçulardan təmizlənməyəcəyi təqdirdə yenidən əməliyyatlara başlanılacağını qeyd edib.

“Əgər nəticə əldə etməsək (YPG / PKK yaraqlılarının Suriyanın şimalından tamamilə çıxarılması – Red.), yenə lazım olanı edəcəyik”.

M.Çavuşoğlu əlavə edib ki, Türkiyə Suriyanın şimalındakı vəziyyəti həll etmək üçün bölgəni bütün terror təşkilatlarından təmizləməkdən başqa bir yol görmür

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png