ONN İnformasiya Agentliyi

Türkiyə və Rusiyadan mühüm razılaşma

Türkiyə və Rusiyadan  mühüm razılaşma
02 İyun 2020 - 22:34

Türkiyə ilə Rusiya COVİD-19 peyvəndinin hazırlanması istiqamətində əməkdaşlığa başlayır.

ONN media  xəbər verir ki, bu məqsədlə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ilə rusiyalı həmkarı Mixail Muraşko arasında videokonfrans vasitəsilə görüş keçirilib.

Görüş zamanı yeni növ koronavirusa qarşı peyvənd və dərman istehsalı sahəsində təcrübə mübadiləsi, eləcə də klinik sınaqlarda əməkdaşlıq barədə razılıq əldə olunub. Bu məqsədlə ilk toplantı iyunun 4-də Türkiyə və Rusiyanın elm adamları arasında olacaq.

Hazırda Türkiyənin 22 mərkəzində COVİD-19 peyvəndinin hazırlanması istiqamətində işlər aparılır. Dörd mərkəzdə isə hazırlanan ilk preparatlar heyvanlar üzərində sınaqdan keçirilir.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png