ONN İnformasiya Agentliyi

Türkiyə yenə silkələndi- Ölənlərin sayı artır

Türkiyə yenə silkələndi- Ölənlərin sayı artır
25 Yanvar 2020 - 10:28

rkiyənin Elazığ və Malatya şəhərində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 19-a çatıb.

ONN media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində 772 (Malatya – 221, Elazığ – 551) nəfər xəsarət alıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, fəlakət bölgəsində Türkiyənin 28 əyalətindən 493 xilasedici qrup cəlb edilib.

Zəlzələ bölgəsinə 1.689 çadır, 1.656 çarpayı və 9.200 ədyal çatdırılıb. Mobil operatorlar Elazığ və Malatyada pulsuz fəaliyyət göstərir.

***

Elazığ və Malatya şəhərlərində ölənlərin sayı 20-yə, yaralananların sayı isə 1015-ə çatıb.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fəxrəddin Qoca, Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum Elazığa gediblər.

Ötən gün Türkiyənin Elazığ vilayətinin Sivricə ilçəsində yerli vaxtla 20:55-də 6,8 bal gücündə zəlzələ baş verib.

Daha sonra Elazığda 5,4 bal gücündə daha bir zəlzələ, bunun ardınca isə Bakı vaxtı ilə 22:08-də 5,4, 22:17-də isə 5,1 bal gücündə daha iki zəlzələ qeydə alınıb.

Zəlzələ Türkiyənin bir çox şəhərlərində və İraqın şimalında da hiss edilib.

***

Türkiyənin Elazığ şəhərində 4.3 bal gücündə daha bir zəlzələ olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png