ONN İnformasiya Agentliyi

Türkiyədə 88 Rusiya turisti öldü

Türkiyədə 88 Rusiya turisti öldü
11 Sentyabr 2019 - 11:45

Bu il turizm mövsümünün başlanmasından Türkiyədə 88 rusiyalı turist ölüb.

ONN media xəbər verir ki, bu haqda Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bildirib.

Həmçinin, tibbi təxliyyənin təxminən 40 hadisəsi qeydə alınıb. Diplomatın sözlərinə görə, sözügedən rəqəmlər turpaketlərin sayının əhəmiyyətli dərəcədə artımı ilə bağlıdır. Belə ki, ötən il Türkiyəyə təxminən altı milyon rusiyalı baş çəkib və bu il onların sayı daha çox olacaq.

Yerxov izah edib ki, ”bayağı səbəblər” hadisələrinin əksəriyyətində. rusiyalıların ölümünə gətirib çıxarıb. O, Türkiyə iqliminin Rusiya iqlimindən kəskin fərqləndiyini, nəticədə turistlərin insult və infarktlarla xəstəxanalara düşdüyünü deyib.

Qeyd edək ki, sentyabrın 2-də açıqlanan məlumata görə, Türkiyəyə səfər edənlər arasında Rusiya turistləri say baxımından liderilik edirlər. Siyahıda ikinci və üçüncü yerləri Finlandiya və Qazaxıstan tutub.(publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png