ONN İnformasiya Agentliyi

Türkiyədə 9 saatlıq komendant saatı TƏTBİQ EDİLDİ

Türkiyədə 9 saatlıq komendant saatı TƏTBİQ EDİLDİ
29 Noyabr 2020 - 21:33

Türkiyədə yeni tip koronavirusla mübarizə tədbirləri çərçivəsində yeni qadağa qüvvəyə minib.

ONN media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qadağaya əsasən 81 əyalətdə həftə sonları 9 saatlıq komendant saatı tətbiq ediləcək.

“Yeni qərar verilənə qədər həftə sonları səhər saat 10:00-a qədər və axşam saat 20:00-dan sonra küçəyə çıxma qadağası qüvvəyə minir. İstehsal və təchizat sahələri bu məhdudiyyətdən azad edilir”, – deyə nazirlikdən bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png