Ankarada fabrikada partlayış: Ölən və yaralananlar var – SON DƏQİQƏ

Ankaranın Almadağ rayonundakı Maşınqayırma Kimya Sənayesi (MKE) Barıdan Raket və Partlayıcı Zavodunda  partlayış baş verib.

ONN media xəbər verir ki, yanacaq emalı mərkəzində baş verən partlayış nəticəsində bir fəhlə həyatını itirib, 4 fəhlə yaralanıb.

Partlayışın zavodun yanacaq işləmə mərkəzindəki çənlərdə olan yanacağın sıxılması nəticəsində meydana gəldiyi irəli sürülür.

Faktla bağlı araşdırma aparılır.

Səidə