Türkiyədə fabrikdə güclü yanğın
Türkiyədə Tuzla Mütəşəkkil Sənaye Bölgəsində fabriklərin birində güclü yanğın başlayıb.
ONN media-nın “hurriyet”ə istinadən verdiyi xəbərə görə, hadisə yerinə çoxlu yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və polislər cəlb edilib. Məlumata görə, hazırda fabrikdə partlayışlar baş verir.