Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Çanaqqala şəhərinin Ayvacık rayonundan 17 km aralıda 4,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bakı vaxtı ilə 06:22-də qeydə alınan zəlzələnin ocağı 7 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib