ONN İnformasiya Agentliyi

Türkiyədə karantin gücləndirildi – Ərdoğan QƏRAR VERDİ

Türkiyədə karantin gücləndirildi – Ərdoğan QƏRAR VERDİ
04 Noyabr 2020 - 15:49

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasda Nazirlər Kabineti “COVID- 19”la bağlı yeni qərarlar qəbul edib.

ONN media  xəbər verir ki, imzalanan bütün qərarlar Səhiyyə Nazirliyi tərəfindən 81 vilayətə göndərilib.

Qaydalara əsasən, restoran, kafe, şirniyyat evi, çayxana, qiraətxana, bərbərxana, gözəllik mərkəzləri, nikah salonları, şadlıq sarayları, idman zalları, internet klublar, əyləncə mərkəzləri, teatr, kino, konsert zalları, hamam və saunalar saat 22:00-a qədər bağlanacaq.

Dövlət sektorunda çalışan 60 yaşdan yuxarı şəxslər, hamilə qadınlar, xroniki xəstəliyi olanlar və 10 yaşdan kiçik uşağı olanlar evdən işləyə biləcəklər.

Bütün dövlət qurumları növbə ilə işləyəcək.

Sənaye sektorundakı işçilər səhər saat 7:00-da işə başlayacaqlar. Bu qərar 9 noyabrdan etibarən tətbiq ediləcək.

Vətəndaşların sıx olduğu bazar, market, dayanacaq, avtobus, küçə, park və alış-veriş mərkəzlərində sosial məsafələrə riayət olunması tələb edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png