Türkiyədə yenidən zəlzələ baş verib

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Göksün rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 19:40-da baş verən zəlzələnin ocağı 11,41 kilometr dərinlikdə olub.