ONN İnformasiya Agentliyi

Türkiyədən Azərbaycana uçuşlar bərpa olunur – Nazir açıqladı

Türkiyədən Azərbaycana uçuşlar bərpa olunur – Nazir açıqladı
04 İyun 2020 - 16:29

Türkiyə 10 iyundan etibarən mərhələli şəkildə 40 ölkəyə beynəlxalq uçuşları bərpa edəcək.

ONN media xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu danışıb.

Nazir bildirib ki, 92 ölkə ilə uçuşların bərpasına dair təşəbbüslər göstərilir. Artıq 15-i ilə qarşılıqlı səfərlərin təşkilinə dair razılıq əldə olunub. Bu ölkələr Şimali Kipr, Avstriya, Litva, Serbiya, Qazaxıstan, Albaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Moldova, Özbəkistan, Ukrayna, Mərakeş, Sudan, İordaniya və İtaliyadır.

A.Karaismailoğlu açıqlamasında bildirib ki, 15 iyundan etibarən Azərbaycana da uçuşlar bərpa olunacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png