ONN İnformasiya Agentliyi

Türkiyədən Putinə XƏBƏRDARLIQ: Öhdəlikləri yerinə yetirin!

Türkiyədən Putinə XƏBƏRDARLIQ: Öhdəlikləri yerinə yetirin!
22 Yanvar 2020 - 15:29

“Əsəd rejiminin dinc sakinlərə hücum etməsi qəbuledilməzdir. Rejimin təminatçısı olaraq Rusiyanın atəşkəs mövzusunda öhdəliklərini yerinə yetirməsini gözləyirik. Prezidentimiz Berlində bunu Putinə də xatırlatdı”.

ONN media xəbər verir ki, bu sözləri Davos İqtisadi Forumunun 50-ci zirvəsi çərçivəsində “Yaxın Şərq və Afrikanın Geosiyasi Görünüşü” açıq panelində çıxış edən Türkiyə Xarici İşlər nazir Mövlud Çavuşoğlu deyib.

Türkiyə-Rusiya münasibətləri üzərinə ünvanlanan suala cavab verən nazir bildirib ki, iki ölkə arasında Krımın ilhaqı, Gürcüstan və Ukrayna məsələlərində ixtilafları var. Bundan başqa, Türkiyə Rusiyanın Suriyada Bəşər Əsəd rejiminə dəstəyini müsbət qarşılamır: “Bu problemlərə rəğmən, Rusiya ilə Suriya və Liviyada böhranların həllinə dair birgə işlədik. Bunun sayəsində İdlibdə humanitar böhranın qarşısını ala bildik. Lakin Rusiya Bəşər Əsəd rejiminə dəstəyini davam etdirir. Ayrıseçkilik qoymadan dinc sakinləri bombalayır. Rusiyanın Suriyada atəşkəsi qorumasını gözləyirik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png