ONN İnformasiya Agentliyi

Türkiyədən Rusiyaya QADAĞA

Türkiyədən Rusiyaya QADAĞA
21 Mart 2023 - 13:44

Ankara Türkiyə vasitəsilə paralel idxal olaraq Rusiyaya ixrac edilən xarici mallara qadağa qoyacaq.

ONN media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, ölkə hakimiyyəti türk məhsullarının böyük miqdarda ixrac edildiyi AB ilə mübahisə etmək istəmir.

İstanbul Qara və Əlvan Metallar İxracatçıları Assosiasiyasının rəhbəri Çetin Tecdelioğlu agentliyə bildirib ki, Türkiyə hakimiyyəti ölkə şirkətlərinə Rusiyaya ixracı qadağan olunmuş malların siyahısını təqdim edib:

“Türkiyə hökuməti martın 1-dən etibarən qadağan olunmuş xarici malların siyahısını şirkətlərə təhvil verib və onların Rusiyaya çatdırılmasına qadağa qoyub”.

Qeyd olunur ki, Türkiyə Ticarət Nazirliyi bu məlumatlara münasibət bildirməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png