ONN İnformasiya Agentliyi

Türkiyəli diplomatlara hücum edən terrorçulardan birinin kimliyi məlum olub

Türkiyəli diplomatlara hücum edən terrorçulardan birinin kimliyi məlum olub
19 İyul 2019 - 10:39
İraq təhlükəsizlik qüvvələri Ərbil şəhərində Türkiyəli diplomatlara hücumda şübhəli bilinən 3 nəfərdən birinin kimliyini açıqlayıb.
ONN media xəbər verir ki, Ərbil Polis İdarəsi hücum edənlərdən birinin fotosunu yayaraq, onun 27 yaşında Diyarbəkirdə doğulan Məzlum Dağ adlı şəxs olduğunu bildirib.
Rəsmən bildirilməsə də, həmin şəxsin PKK terror təşkilatının üzvü olduğu ehtimal edilir. Digər iki şəxsin kimliyi və bu terroun arxasında hansı qüvvələrin dayandığı araşdırılır.
Qeyd edək ki, dünən İraqın Ərbil şəhərindəki restoranların birində Türkiyə Baş konsulluğunun əməkdaşlarına silahlı hücum olub. Baş konsulluğun əməkdaşı Osman Köse və digər iki İraq vətəndaşı vəfat edib.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png