Ukrayna böyük səfərbərliyə hazırlaşır

Ukrayna rəhbərliyi yazda əks-hücum əməliyyatı üçün çağırışçıların ən böyük səfərbərliyinə hazırlaşır.

ONN media xəbər verir ki, bu barədə “Foks Nyus”un analitiki Corc Barros öz məqaləsində yazıb.

“İndi biz Ukraynanın əks-hücumu ərəfəsindəyik”, – ekspert bildirib.

Onun sözlərinə görə, yeni səfərbərliyə cəlb edilən hərbçilərin sayı 2022-ci ilin payızındakı səfərbərlik dalğasını təxminən iki dəfə ötəcək.