ONN İnformasiya Agentliyi

Ukrayna bu tarixdə yenidən hücuma keçəcək

Ukrayna bu tarixdə yenidən hücuma keçəcək
25 Yanvar 2023 - 23:20

Zelenski Qərb tanklarının köməyi ilə Krıma hücum edəcək.

ONN media xəbər verir ki, bunu Ukrayna ordusunun generalı Nikolay Malomuj deyib.

O bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ağır texnikanın çatdırılmasına başlandıqdan 2 ay sonra Krıma hücum etmək üçün Qərb tanklarından istifadə edəcək.

“Bu, tanklarla Donetsk istiqamətində və bütün cənub dəhlizi, o cümlədən Krım boyunca hücuma keçməyə imkan verəcək”, – Malomuj bildirib.

O əlavə edib ki, Krıma hücumun vaxtı Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin hazırlığının sürətindən də asılıdır. Ukrayna ordusunun generalı hesab edir ki, bu, 2 ay çəkəcək.

Xatırladaq ki, ABŞ və Almaniya artıq Ukraynaya “Abrams” və “Leopard” tanklarının veriləcəyini təsdiqləyib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png