Ukrayna ilk dəfə etiraf etdi: UĞUR QAZANDILAR

Ukrayna hərbçiləri bir neçə istiqamətdə rus işğalçılarının hücumunu dəf edib.

ONN media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Belə ki, Slavyansk istiqamətində ruslar ukraynalıların mövqelərinə atəş açıb. Həmçinin, Zaliman yaxınlığına aviazərbələr endiriblər.

Kramatorskun Beloqorovka – Qriqoryevka rayonları və Baxmut istiqamətindən isə Rusiya qüvvələrinin kəşfiyyatı aparmaq cəhdləri uğursuzluqla nəticələnib.

Eyni zamanda, Pokrovskoye-Baxmut istiqamətində rusların qismən uğur qazandığı və ərazidə möhkəmlənməyə çalışdığı bildirilir.