ONN İnformasiya Agentliyi

Ukrayna Minsk razılaşmasından çıxa bilər? – Zelenski DANIŞDI

Ukrayna Minsk razılaşmasından çıxa bilər?  – Zelenski DANIŞDI
25 Dekabr 2020 - 14:55

Ukrayna Donbas münaqişəsinin həllinə dair Minsk razılaşmasından çıxa bilməz.

ONN media  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Fokus” nəşrinə müsahibəsində bildirib.

“Brifinqlərdən birində dediyim kimi, hesab edirəm ki, biz Minsk razılaşmalarından asanlıqla çıxa bilmərik. Çünki avropalılar Rusiya və separatçılara sanksiyaları aradan qaldıra bilərlər. Amma şəxsən mən çıxardım”, – deyə o qeyd edib.

Bununla yanaşı, o, Ukraynanın münaqişənin nizamlanması yolunda əvvəlki razılaşmalar çərçivəsində irəliləməkdə davam etdiyini, “B” planı haqda isə danışmağın hələ tez olduğunu söyləyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png