Ukrayna Saakaşvillini deportasiya edir

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili 1 həftə ərzində ölkədən xaric ediləcək.

ONN media xəbər verir ki, Ukraynanın hakimiyyət orqanları tərəfindən yayılan məlumata görə, M.Sakaşvili Gürcüstana deyil, 3-cü bir ölkəyə departasiya ediləcək.

Sabiq prezidentin deportasiyası xüsusi əməliyyatlar çərçivəsində gerçəkləşdiriləcək: “Onun Gürcüstandan xaric edilməsi bu prosesin ilkin mərhələlərindən biri idi. Lakin bu dəfə Saakaşvilli Gürcüstana qaytarılmayacaq. Onun 3-cü bir ölkəyə xaric ediləcəyi planlaşdırılır”.