Ukraynada döyüş meydanı bunu xatırladır – Pavel

Rusiyanın hücumu ilə başlanan Ukrayna müharibəsi vəziyyətinə, miqyasına və dağıntı dərəcəsinə görə İkinci Dünya müharibəsinin döyüş meydanlarını xatırladır.

ONN media xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel Avropada faşizmin məhv edilməsinin 78-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışında deyib.

“Bu gün Ukrayna özü də o vaxt qalib gələn ölkələrdən birinin – Rusiyanın təcavüz obyektidir”, – Pavel bildirib