ONN İnformasiya Agentliyi

Ukraynadan Ermənistan və Rusiyaya QADAĞA

Ukraynadan Ermənistan və Rusiyaya QADAĞA
30 Dekabr 2020 - 9:54

Ukrayna Milli Yazıçılar Birliyi (NSPU) Ermənistan, Belarus, Qırğızıstan və Rusiyadan olan müəlliflərin yazılarını dərc etməyəcək.

ONN media xəbər verir ki, qurum bu ölkələrin yazıçılarının beynəlxalq səviyyədə Ukraynanın ərazi bütövlüyünü tanımadıqlarını və buna görə onların əsərlərini dərc etməmək qərarı qəbul etdiyini bildirib.

Yəni burada söhbət, əsasən, BMT-dəki səsvermə zamanı Kiyevin Krım məsələsindəki mövqeyini dəstəkləməyən ölkələrdən gedir. Bu siyahıya Venesuela, İran, Zimbabve, Kamboca, Çin, Şimali Koreya, Kuba, Laos, Myanmar, Nikaraqua, Serbiya, Suriya, Sudan da daxildir.

Bu ölkələrin diplomatik nümayəndəlikləri ilə birgə yığıncaqların (yaradıcılıq gecələri, dəyirmi masalar, konfranslar və s.) keçirilməsinin dayandırılmasına qərar verilib. Birliyin üzvü olan ukraynalı müəlliflərin bu dövlətlərin təşkil etdiyi hər hansı tədbirə qatılması da qadağandır.

İstisnanın yalnız Ukraynanın mövqeyini açıq şəkildə dəstəkləyən klassiklər və müasir müəlliflərə edilə biləcəyi qeyd olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png