ONN İnformasiya Agentliyi

Ukraynadan nə qədər gəmi yola düşüb?- Ərdoğan açıqladı

Ukraynadan nə qədər gəmi yola düşüb?- Ərdoğan açıqladı
19 Avqust 2022 - 8:30

“Taxıl ixracı sazişlərinin icrasına başlanandan bəri 25 gəmi Ukrayna limanlarından yola düşüb”.

ONN media xəbər verir ki bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lvovda Ukrayna lideri Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə görüşdən sonra keşirilən mətbuat konfranında məlumat verib.

“Avqustun 1-də müqavilələrin icrasına başlanandan 25 gəmi yola saldıq. Bu, tədarük edilən və ya çatdırılmaqda olan 625 min ton taxıl deməkdir”, – Ərdoğan bildirib.

“Bir ay əvvəl biz BMT, Ukrayna, Rusiya və Türkiyə birgə işin tarixi nümunəsini nümayiş etdirdik. Təkcə Ukrayna deyil, bütün dünya bu sazişin müsbət nəticələrini hiss etməyə başladı. Bu, Ukrayna taxılının Qara dənizdən qlobal bazarlara təhlükəsiz ixracını mümkün etdi” – Türkiyə prezidenti bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png