ONN İnformasiya Agentliyi

Ukraynaya nə qədər ziyan dəyib?- Məbləğ açıqlandı

Ukraynaya nə qədər ziyan dəyib?- Məbləğ açıqlandı
05 İyul 2022 - 8:48

Ukraynanın Baş naziri Denis Şmıqal ölkənin inkişafı üçün 750 milyard dollar lazım olduğunu bildirib.

ONN media xəbər verir İsveçrənin Luqano şəhərində Ukrayna İnkişaf Konfransında çıxış edən Denis Şmıqal Rusiyanın hücumları nəticəsində dəyən zərərdən danışıb. O, müharibənin başladığı 24 fevraldan bəri Ukraynadakı infrastruktura vurulan ziyanın 100 milyard dollara çatdığını bildirərək, ölkəsinin yenidən qurulması üçün üç mərhələli inkişaf planı həyata keçirilməsinin lazım gəldiyini deyib.

Denis Şmıqalın sözlərinə görə, ilk mərhələdə əhalinin yaşayışının normal vəziyyətə qayıtmasını təmin etmək lazımdır. İkinci mərhələdə müvəqqəti evlər, xəstəxana və məktəb binaları tikilməsi, üçüncü mərhələdə isə ölkənin inkişaf planının həyata keçirilməsi nəzərdə tutulur. İnkişaf planının reallaşmasına 750 milyard dollar lazım olduğunu vurğulayan Şmıqal sual edib: “Bu yenidənqurma planı üçün lazım olan pulu kim ödəyəcək?”.

Konfransda çıxış edən Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Ukraynanın müharibə sonrası yaralarının sağaldılması üçün Aİ-nin özəl bir platforma yaradacağını deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png