ÜST yenə çağırış etdi- MASKA TAXIN!

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluqe qeyd edib ki, yay aylarında Avropada COVID-19-a yoluxma hallarının yüksək olacağı gözlənilir.

ONN media xəbər verir ki, Kluqe bu barədə APF-yə müsahibəsində danışıb.

“Avropa ölkələri əvvəlki məhdudlaşdırıcı tədbirləri ləğv etdiyi üçün yayda virusun yayılması yüksək olacaq. Virus yox olmayıb, o, hələ də yayılır, dəyişir və hələ də can alır”, – ekspert bildirib.

ÜST rəsmisi qeyd edib ki, 53 Avropa ölkəsində hazırda hər gün 500 000-dən bir qədər az koronavirus infeksiyası qeydə alınır. Kluge hesab edir ki, COVID-19-un qarşısının alınması üçün bütün tövsiyələrə əməl etmək lazımdır – peyvənd olun, ictimai yerlərdə maskalar taxın