Vətənə xəyanətə görə həbs olunan alim öldü

Novosibirsk Dövlət Universitetinin həbsdə olan alim və kvant-optik laboratoriyasının rəhbəri Dmitri Kolker xərçəng xəstəliyindən vəfat edib.

ONN media xəbər verir ki, bu barədə “Mash Siberia” Teleqram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, alim xərçəngin 4-cü mərhələsindən müalicə olunurdu.

Bildirilib ki, iyunun 30-da Kolker xəstəxanadan çıxarılaraq təcridxanaya aparılıb. Bu gün isə qohumlarına onun iyulun 2-də xəstəxanada ölməsi barədə məlumat verilib.

Qeyd edək ki, bir müddət öncə Novosibirskin Sovetski rayon məhkəməsi Dmitri Kolkerin dövlətə xəyanət maddəsi ilə həbs etmişdi.