ONN İnformasiya Agentliyi

Vardanyan nə üçün Paşinyanı ittiham etdi?

Vardanyan nə üçün Paşinyanı ittiham etdi?
27 Mart 2023 - 12:41

Azərbaycanın istifadə etdiyi ən güclü silah siyasi rıçaqlardır.

ONN media xəbər verir ki, bunu “168 JAM” qəzetinə geniş müsahibəsində Xankəndidəki separatçı rejimin keçmiş dövlət naziri Ruben Vardanyan deyib.

O, Azərbaycanın separatçılar arasında parçalanma yaradıb, müxtəlif qrupları bir-birinə qarşı qoymağı bacardığını bildirib. Araik Arutyunyanın bir müddət əvvəl Bakıya qarşı mübarizəni davam etdirmək bəyanatına reaksiya verən Vardanyan qondarma rejimin liderinin öz bəyanatındakı səmimiyyətini sübut etməli olduğunu qeyd edib. Vardanyan həmçinin Araiki devirməklə də təhdid edib.

O, hətta Bakıya qarşı müharibədən də danışıb:

“Sülh müqaviləsi güclü olduğumuz zaman imzalanmalıdır. Əgər biz 100 faiz gücümüzlə savaşsaq, göstərəcəyikki, qul deyilik. Bundan sonra yanımızda müttəfiqlərimiz olacaq”.

Vardanyan müsahibəsində Paşinyanı Qarabağdakı məğlubiyyətdə ittiham edib:

“Müharibənin uduzulmasında kimin günahkar olması vacib deyil. Əgər sən lidersənsə, bu, sənin günahındır. Sağlam mühitdə satqınlıq ola bilməz. Burada insanlar liderlərə güvənirlər”.

Erməni milyarder Rusiya sülhməramlılarının Qarabağda uzun müddətə saxlanılması üçün ciddi işin başlanılması gərəkdiyini vurğulayıb. Bununla belə, Vardanyan Bakı ilə inteqrasiya tərəfdarı olan hər kəsin Qarabağdan qovulması gərəkdiyini də bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png