ONN İnformasiya Agentliyi

Vaşinqton görüşünün DETALLARI: Rusiya masada söz sahibi olmaq istəyir

Vaşinqton görüşünün DETALLARI: Rusiya masada söz sahibi olmaq istəyir
03 May 2023 - 13:04

“Vaşinqton görüşündə əsas məqam danışıqların bir gündən daha çox davam etməsidir və görünür ki, tərəflər sülh sazişinin imzalanmasına yaxındır, yaxud ən azı sülh sazişi ilə bağlı “yol xəritəsi” üzərində anlaşma imkanı var”.

ONN media xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı deyib. Onun şərhinə görə, görüşün uzunmüddətli keçirilməsi Rusiyanın prosesə müdaxilə etməsi riskinə qarşıdır və ABŞ masadan razılaşma ilə qalxmaq niyyətindədir.

“Laçında sərhəd-keçid məntəqəsinin qurulması sülh müqaviləsində maneələrdən birinin – kommunikasiyanın “yol məntiqi” üzrə açılması – aradan qalxması və ABŞ masasında irəliləyiş əldə etmək imkanı yaradıb. Vaşinqton danışıqlarında diqqətçəkən məqamlardan biri də Qarabağdakı ermənilərin Azərbaycan tərkibində “etnik azlıq” olaraq qəbul edilməsi və yalnız “hüquq və təhlükəsizliyinin qorunması” üzrə müzakirələrin aparılmasıdır”.

Müsbət gözləntilərin artdığını qeyd edən analitik hesab edir ki, Rusiyanın prosesi pozmaq cəhdlərinin olacağı da aydındır.“Peskov açıq şəkildə “münasibətlər yalnız üçtərəfli razılaşmalar çərçivəsində mümkündür” dedi və bununla razılaşmanı qəbul etməyəcəklərini öncədən elan etdi. Moskvanın rıçaqları hələ də var, xüsusilə Qarabağdakı separatçılar üzərindən problemlər yarada bilər. Eyni zamanda, nazirlərin Vaşinqtondan sonra Moskvada planlaşdırılan görüşü Rusiyanın hər iki tərəf üçün məqbul ola biləcək təkliflər verə biləcəyi ehtimalını da önə çıxarır: mümkündür ki, bu, üçtərəfli razılaşmalarda korrektlərin edilməsi ola bilər, xüsusilə kommunikasiyanın açılması ilə bağlı məsələlərdə. Baş verənlər sülh sazişinin Bakı və İrəvandan daha çox, geosiyasi oyunçuların hansının qalib gələcəyindən asılı olduğunu göstərir”,- deyə Asif Nərimanlı qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png