Virusa yoluxanların sayı artıb

Son dörd gün ərzində Qış Olimpiya oyunları ilə bağlı iş üçün Cənubi Koreyaya gedən və kəskin qarın ağrılarından şikayət edən insanların sayı artıb.

ONN media “Koreaboo”ya istinadən xəbər verir ki, Norfolk virusuna yoluxanların sayı 36 nəfərə çatıb.

Virusun əsas simptomları ishal, qızdırma, ürəkbulanma, titrətmədir və yoluxmadan iki gün sonra müşahidə olunur.

Təhlükəsizlik xidməti əsas yoluxma mənbəyinin içməli su olduğundan şübhələnir.

Qeyd edək ki, Qış Olimpiya Oyunları 9-25 fevralda, Cənubi Koreyanın Pxyonçxan şəhərində keçiriləcək.