“WhatsApp” təhlükəsizliyi gücləndirir

WhatsApp messenceri linklərə baxış üçün daxili brauzerlə təchiz ediləcək.

ONN media bildirir ki, daxili brauzerin köməyi ilə veb səhifələri birbaşa “WhatsApp” daxilində açmaq mümkün olacaq.

Bu yenilik istifadəçinin vaxtına qənaət etməyə, həmçinin spam və saxta mesajlarla mübarizə aparmağa imkan verəcək.

Messencerə quraşdırılmış brauzer istifadəçiləri zərərverici veb səhifələrə yönəldən linklər haqqında xəbərdar edəcək.