ONN İnformasiya Agentliyi

Xəzərdəki bu görüntülər hər kəsi DƏHŞƏTƏ GƏTİRDİ – VİDEO

Xəzərdəki bu görüntülər hər kəsi DƏHŞƏTƏ GƏTİRDİ – VİDEO
11 Fevral 2020 - 14:55

Qazaxıstanın cənub-qərbində Xəzər dənizinin sahili al qırmızı rəngə boyanıb.

ONN media xəbər verir ki, bu barədə “Xabar24” telekanalı məlumat yayıb.

Xəzərin rənginin dəyişməsi Aktau sakinlərini qorxudub.

Ekoloqlar isə insanları sakitləşdirərək vəziyyətin qorxulu olmadığını açıqlayıblar. Məlumatlara görə, bu, təbii hadisədir və hər il müşahidə edilir. Mütəxəssislər Xəzərin qırmızı rəngə boyanmasının səbəbini rəngli yosunlarla əlaqələndirirlər. Belə ki, bol çiçəkləmə zamanı yosunlar suyun səthinə çıxırlar.

Manqıstau əyalətində Ekologiya Departamentinin Laboratoriya-Analitik Nəzarət bölməsinin rəhbəri Rauşan Tulepova bildirib ki, 2017 və 2018-ci illərdə də bu hal olub:

“Xəzər dənizinə qızartını yosunlar verir, onların 25-dən çox növü var: laurensiya, polisifoniya, melobeziya və başqaları. Onlar dayazlıqda artırlar və suya belə çalar verirlər. Yanvarda monitorinq keçirirdik, artıq suyun səthində qızartılar vardı. Əgər, sahil boyunca gəzsəniz, görərsiniz ki, qışda Xəzərin qırmızı rəngə boyanması daha nəzərəçarpan olur. Çünki yosunların çiçəkləmə dövrü qış aylarına təsadüf edir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png