Xameneinin müşaviri: İran Hizbullah ilə fəxr edir

İran və iranlılar Livan Hizbullahı ilə fəxr edir.

ONN Media xəbər verir ki, bunu İran rəhbəri Əli Xameneinin ali müşaviri Əli Əkbər Vilayəti Hizbullah rəhbərinin müavini Şeyx Nəim Qasımla telefon danışığında deyib.

Vilayəti HƏMAS lideri İsmayıl Haniyə və “İslami-Cihad” rəhbəri Ziad Nəxalinin qələbə çalacağına əmin olduğunu söyləyib.