Xına gecəsində DƏHŞƏT YAŞANDI – 7 nəfər xəstəxanalıq oldu

Türkiyənin Samsun vilayətində bir xına gecəsində qız tərəfi ilə oğlan tərəfi arasında çıxan dava qanla bitib.

ONN media xəbər verir ki, xına gecəsində tüfəngdən açılan atəş nəticəsində 1-i uşaq, 4-ü qadın olmaqla 7 nəfər vurularaq xəstəxanalıq olub.

Faktla bağlı araşdırma aparılır.(publika)