Xüsusi xidmət orqanlarının bazasına hücum olub- 18 ölü

Əfqanıstanın paytaxtı Kabilin qərbində partlayış baş verib.

ONN media xəbər verir ki, taliblərə məxsus bomba quraşdırılan avtomobil Əfqanıstan xüsusi xidmət orqanlarına məxsus bazanın yaxınlığında partladılıb. 

“Taliban” hərəkatının üç üzvü zərərsizləşdirilsə də, lakin sağ qalan dördüncü bombanı işə sala bilib. 

Partlayış zamanı 18 nəfər ölüb, 27 nəfər isə yaralanıb.