Yəməndə 6 gündə 150 nəfər öldürülüb

Son 6 gün ərzində Yəməndə Səudiyyə Ərəbistan dövlətinin başçılıq etdiyi koalisiyanın hava hücumları nəticəsində 143 dinc sakin həlak olub. Bu haqda  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat verib. Məlumatda qeyd olunub ki, 22-28 dekabr tarixlərində Yəməndə baş vermiş hava hücumları nəticəsində ümumilikdə 237 nəfər  dinc sakin əziyyət çəkib.

Xatırladaq ki, Yəməndəki hərbi qarşıdurmalar 2014-cü ildən bu günə kimi davam edir.

Qeyd edək ki, UNHCR-nin verdiyi məlumata görə, həftə ərzində ümumilikdə qarşıdurmalar nəticəsində 151 dinc sakin həyatını itirib, 120 nəfər isə yaralanıb. 

 

ONN media