ONN İnformasiya Agentliyi

Yəhudilər kimə səs verəcək?

Yəhudilər kimə səs verəcək?
17 Sentyabr 2019 - 11:18

İsraildə təkrar parlament seçkilərinə start verilib.

ONN media xəbər verir ki, bugünkü seçkinin nəticələrinə əsasən İsrailin 22-ci çağırış parlamentinin heyəti bəlli olacaq.

Seçkilərdən sonra baş nazir seçiləcək və koalisiya hökuməti formalaşdırılacaq. Seçkilərdə 6.3 milyon vətəndaşın iştirak hüququ təsdiqlənib, partiya siyahılarına ümumilikdə 29 fraksiya daxil edilib.

Xatırladaq ki, İsraildə may ayında baş tutan seçkilərdən 2 ay keçməsinə baxmayaraq, hökumət qurulmadığı üçün parlament (Knesset) özünü buraxıb. 120 deputatdan 74-ü parlamentin buraxılmasının lehinə səs verib. Təkrar seçkilər sentyabrın 17-nə təyin edilib.

Bu, İsrail tarixində ilk təkrar parlament seçkiləridir.

Qeyd edək ki, bir müddət öncə B.Netanyahu seçkilərdə qalib gələcəyi təqdirdə İordan vadisini ilhaq edəcəyini bəyan edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png