Yaşayış binasında GÜCLÜ PARTLAYIŞ: 7 nəfər…

Rusiyanın paytaxtı Moskva şəhərinin Proxodçikov küçəsində yerləşən yaşayış binasında partlayış baş verib.

ONN media  xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, partlayış qaz sızması səbəbindən baş verib.

Partlayış zamanı binadakı dörd mənzildə yanğın olub.

İlkin məlumata görə, yanğın söndürülüb.

Hadisə zamanı 7 nəfər xəsarət alıb və bir nəfərin vəziyyəti ağırdır.