Yaxın saatlarda Moskvaya güclü qar yağacaq

Yaxın saatlarda Rusiyanın paytaxtı Moskvaya güclü qar yağacaq. Qar şiddətli külək və buzbağlama ilə müşayiət olunacaq.

ONN media Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

Meteoroloqların sözlərinə görə, pis hava şəraiti Moskva üzərindən isti cənub siklonu cəbhəsinin keçidini müşayiət edəcək. Xilasedicilərin xəbərdarlığına görə, gün ərzində görüntünün pisləşəcəyi, avtonəqliyyat vasitələrinin hərəkətinin çətinləşəcəyi və yol qəzalarının sayının artacağı gözlənilir.

Pis hava şəraitinin günün sonuna qədər davam edəcəyi ehtimal edilir.