ONN İnformasiya Agentliyi

Yekaterinburqda 40-a yaxın avtomobil toqquşub

Yekaterinburqda 40-a yaxın avtomobil toqquşub
29 Noyabr 2023 - 13:57

Bu gün səhər Yekaterinburqda 40-a yaxın avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

ONN media Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Yekaterinburq Dairəvi Yolunun (EKAD) 85-ci kilometrliyində baş verib.

Yerli prokurorluğun ilkin məlumatına görə, qəzaya səbəb yolun bərbad vəziyyətdə olmasıdır.

Bildirilib ki, yollar buz bağladığından sürüşkən olub, üzərində qar uçqunu əmələ gəlib. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Zəncirvari yol qəzası ilə bağlı inzibati işi prokurorluq nəzarətə götürüb. Prokurorlar Yekaterinburq administrasiyasının və qışda yolların saxlanmasına cavabdeh olan təşkilatların fəaliyyətinə hüquqi qiymət verəcəklər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png