ONN İnformasiya Agentliyi

Yeni ildən əvvəl terror həyəcanı

Yeni ildən əvvəl terror həyəcanı
30 Dekabr 2017 - 23:53

Fransızların ürəyi ağzında

Fransanın daxili işlər nazirliyi yeni il gecəsində təxminən 140 min təhlükəsizlik xidməti işçisini terror ehtimalına qarşı səfərbər edib.

ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirlik eyni zamanda yeni il gecəsində ölkə miqyasında görüləcək təhlükəsizlik tədbirlərinə qarşı yazılı açıqlama da verib.

Açıqlamada qeyd olunub kiyeni il gecəsinə görə ölkə miqyasında 56 min polis, 36 bin jandarm, 7 min əsgər və 9 mindən artıq hüquq-mühafizə xidməti əməkdaşı təhlükəsizliyi təmin etmək məqsədilə təlimatlandırılıb.

Terror hücumu riskinin artdığına diqqət çəkilən açıqlamada qeyd olunub ki, Fransa xalqı qədər turistlərin də təhlükəsizliyinin təmin olunması öncəliklər sırasındadır. 

Ölkədə 1 noyabr 2015-ci ildə 130 nəfərin ölümünə səbəb olan terror hücumlarından sonra elan edilən fövqəladə vəziyyət bu ilin 1 noyabrında ortadan qaldırılmışdı.

Yeni qanuna görə, ədliyyə qurumlarının bir çox funksiyası valiliklərə dövr edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png