Yeni “Terminator” yüksək reytinq qazandı

Məşhur aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarseneggerin çəkildiyi yeni “Terminator” filmi yüksək reytinq qazanıb.

ONN media xəbər verir ki, bu barədə “ComicBook” məlumat yayıb.

“Terminator: qaranlıq talelər” filminin prodüseri Ceyms Kemeron bildirib ki, dünya şöhrətli filmin növbəti hissəsi daha kəskin və amansız olacaq.

Qeyd edilir ki, oktyabrın 31-də nümayiş etdiriləcək film 1991-ci ildə lentə alınmış “Terminator 2: Qiyamət günü” fantastik ekran əsərinin davamı olacaq.

Con Konnorun rolunu Hollivud aktyoru Edvard Ferlonq oynayacaq.

Arnold Şvarsenegger əvvəlki kimi Terminatorun siması olaraq qalır, amma Linda Hamilton Sara Konnoru oynayacaq.

Xatırladaq ki, əvvəllər ekranlaşdırılmış “Terminator” filmlərində də Arnold Şvarsenegger çəkilib.