Yer kürəsində əhalinin yarısı bu işlə məşğuldur

Araşdırmalara görə, video oyunların qlobal auditoriyası 3,7 milyard nəfərə çatıb.

ONN media xəbər verir ki, bu haqda “DFC Intelligence” analitik şirkəti araşdırma aparıb.

3,7 milyard insan müxtəlif platformalarda bu və ya digər şəkildə video oyunları oynayır.

Dünya əhalisinin demək olar ki, yarısının video oyunları oynamasına baxmayaraq, analitiklər bu rəqəmin yalnız 10%-ni “real” oyunçu adlandırırlar.

“DFC Intelligence” hesab edir ki, tərtibatçılar üçün əsas problem smartfon istifadəçilərinin daha ciddi və güclü oyun aparatlarına maraq göstərməsidir.

Mobil oyun dünyada ən populyar oyun növünə çevrilib. Araşdırmaya görə, oyun kompüteri və konsol istifadəçilərinin əksəriyyəti Aİ və Şimali Amerikada yaşayır