Yeraltı təkanlar yenə can aldı

Tayvanda 6,1 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, yeraltı təkanların episentri Xualyan şəhəri yaxınlığında, ocağı isə 12 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Qeyd edək ki, ötən gün Xualyan şəhəri yaxınlığında 6,5 maqnitudalı zəlzələ nəticəsində 6 nəfər ölüb, 260 nəfər xəsarət alıb, 67 nəfər itkin düşüb.